23-10-2016
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25 illiyi münasibətilə Bakıda veloyürüş keçirilib

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümü münasibətilə Bakıda veloyürüş keçirilib. 200-dən çox peşəkar və həvəskar velosipedçinin iştirak etdiyi veloyürüş Dövlət Bayrağı Meydanından start götürüb, Heydər Əliyev Mərkəzinin binasının qarşısında başa çatıb. “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov jurnalistlərə müsahibəsində dövlət müstəqilliyimizin bərpa olunmasının 25 illiyi ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini söyləyib. Veloyürüşün “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır” adı altında keçirildiyini diqqətə çatdıran İctimai Birliyin sədri gənclərin belə tədbirlərdə fəallıq göstərməsinin əhəmiyyətini qeyd edib. O bildirib ki, müstəqilliyimizin bərpa edilməsinin 25-ci ildönümü ilə əlaqədar idman, mədəniyyət sahələrində təşkil olunan tədbirlər həm də gənclərin asudə vaxtlarını səmərəli keçirmələri baxımından xüsusi önəm kəsb edir. Qeyd edək ki, “İrəli” İctimai Birliyi veloyürüşü Azərbaycan Velosiped İdmanı Federasiyasının, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilati dəstəyi ilə keçirib.

03-10-2016
Oktyabrın 1-i Dənizkənarı Milli Parkda "Avropa şəhərciyi 2016" festivalı keçirilib.

Oktyabrın 1-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ittifaqa üzv ölkələrin Bakıdakı səfirliklərinin birgə səyi və Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı ilə “Avropa şəhərciyi-2016” festivalını təşkil edib.  Dənizkənarı Milli Parkda baş tutan tədbirdə Avropa İttifaqına daxil olan 22 ölkənin mədəniyyətini, adət-ənənəsini və turizm potensialını əks etdirən stendlər quraşdırılıb. Avropa İttifaqının Azərbaycandakı səfiri, xanım Malena Mard çıxış edərək bildirib ki, “Avropa şəhərciyi” Aİ-yə üzv ölkələrlə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub. Festivalın keçirilməsində məqsəd Avropa İttifaqına üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək üçün imkan yaratmaqdır. Vurğulanıb ki, “Avropa şəhərciyi-2016” festivalı çərçivəsində uşaq və böyüklər üçün çoxsaylı müsabiqə və viktorinalar, Avropa ölkələrinə virtual səyahətlər, milli rəqs və karaoke ifaları, feys-art, şahmat yarışı və digər maraqlı proqramlar təşkil olunacaq. “Avropa Şəhərciyi” bütün əhali üçün açıq ictimai məkanda təşkil edilən bir tədbirdir. Müsabiqə və viktorina qaliblərini isə xüsusi hədiyyələr gözləyir. Diplomat hər kəsi əyləncə dolu gündən zövq almağa dəvət edib. Sonra festival açıq elan olunub. İştirakçılar “qaspaço” və “paella” kimi tanınmış Avropa yeməklərinin hazırlanması üzrə kulinariya şousuna tamaşa etməklə yanaşı, izza xəmirinin virtuoz-aşpaz tərəfindən havada fırladılması şousunu da yaxından izləmək imkanı əldə ediblər. Festivalda xüsusi olaraq uşaqlar üçün sehrbazın çıxışı və müxtəlif şoular da təşkil olunub. “Səs Azərbaycan” layihəsi iştirakçılarının ifası ilə davam edən festival məşhur fransız DJ David Vendetta və skripkaçı Micah möhtəşəm konsert proqramı ilə iştirakçıların zövqünü oxşayıb. Qeyd edək ki, sözügedən festival 2013-cü ildən etibarən keçirilir.  

17-09-2016
Respublika qəzetində Dənizkənarı Milli Park barəsində məqalə dərc olunub.

Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev  qəzetin müxbirinə müsahibə verib.  

08-09-2016
Bakı bulvarının görünməyən həyatı – unikal kadrlar (ÖZƏL) (FOTO)

Dənizkənarı Milli Park yerli sakinlərin və Bakı şəhərinin qonaqlarının ən sevimli istirahət məkanlarından biridir. Dənizkənarı Milli Parkın gözlə gördüyümüz gözəlliklərindən başqa görünməyən tərəfləri də var.

11-08-2016
Dənizkənarı Milli Parkda Yaponiyanın nadir ağacı əkilib (FOTO-VIDEO)

Bu gün Dənizkənarı Milli Parkda Yaponiyanın uzunömürlü və nadir bitkisi olan "Ginka biloba" ağacının əkilməsi mərasimi keçirilib.Mərasim Bakı Avropa Liseyi tərəfindən təşkil olunub.Mərasimdə liseyin, Dənizkənarı Bulvar İdarəsinin, ADA Universitetinin, təhsil və xarici işlər nazirliklərinin, habelə Yaponiya səfirliyinin nümayəndələri iştirak ediblər. Ağac Azərbaycana Yaponiya tərəfindən hədiyyə olunub. Ağacı Bakı Avropa Liseyinin şagirdləri əkiblər.