23-07-2017
Dənizkənarı Milli Parkda Yoqa Festivalı keçirilib

YARAT Müasir İncəsənət Məkanı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi ilə birgə "YARAT Freestyle" proqramı çərçivəsində 23 iyul tarixində Bayıl Bulvarı-Su İdman Sarayının yaxınlığında açıq havada iri miqyaslı yoqa festivalı günü təşkil etmişdir. Festivalın başlıca məqsədi – sağlam həyat tərzini təbliğ etməkdir. Festival səhər saat 10:00-da açıq səma altında kütləvi yoqa məşqləri ilə başladı. Gün ərzində yoqa sevərlər bir çox müxtəlif tədbirlərdə iştirak etdilər.Festivalın iştirakçıları "Yoga Shahi" studiyası, "The Art Of Living" Beynəlxalq Fondu, "Chandramukhi" Hind rəqs studiyası və "Sevimli bala" uşaq təşkilatıdır. Tədbir zamanı Xəzər dənizi sahilində yaşıl qazon üzərində, peşəkar müəllimlər ilə birgə yoqa məşqləri, uşaqlar üçün ustad dərsləri, FLY yoqa tədbirləri keçirilmişdir. Tədbir saat 18:00-da yekunlaşmışdır.

21-07-2017
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi qanvermə aksiyası keçirilib

Bu gün iyulun 21-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi qanvermə aksiyası keçirilib. Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı aksiyadan əvvəl yoxlanıldı. Aksiyada Dənikənarı Bulvar İdarəsinin 100-ə yaxın əməkdaşı iştirak etdi. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi gələcəkdə də belə aksiyaların keçirilməsini nəzərdə tutur.  

01-06-2017
Dənizkənarı Milli Parkda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar atraksionlardan və qatarlardan pulsuz istifadə aksiyası keçirilib

Heydər Əliyev Fondunun dəstəyi ilə Dənizkənarı Bulvar İdarəsi tərəfindən 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə  Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan uşaqların ödənişsiz istifadəsi aksiyası keçirilib. Aksiyada  yaşı 16-ya qədər uşaqlar saat 10:00-dan bulvardakı əyləncə vasitələrindən istifadə ediblər. Aksiya saat 15:00-dək davam edib.Dənizkənarı Milli Parka gələn uşaqlar park ərazisindəki attraksionlarda, qatarlarda heç bir ödəniş etmədən əyləniblər.Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavilyonu, “Qorxulu Ev”, “Pirat”, ”Möcüzələr dünyası”, “Qüllə” attraksionları azyaşlılara ödənişsiz xidmət göstərib. Aksiyada 40 minə qədər uşaq iştirak edib.Qeyd edək ki, aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

26-05-2017
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ilə Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçirililəcək

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ilə Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçirililəcək. Dənizkənarı Bulvar İdarəsinin Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi aksiyada yaşı 16-ya qədər uşaqlar iyunun 1-də saat 10:00-dan 15:00-dək bulvardakı əyləncə vasitələrindən istifadə edə bilərlər. Aksiyada  3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavliyonu,  “Qorxulu Ev”, “Pirat”, ”Möcüzələr dünyası”, “Qüllə” attraksionları, “Şəfəq” və “Mirvari” gəzinti gəmiləri azyaşlılara ödənişsız xidmət göstərəcək. Aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalıçacaq.

10-05-2017
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı Fəxri Xiyabana ziyarət təşkil olunub

Mayın 10-da Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin kollektivi ümummilli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının  94-cü ildönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət ediblər.   İdarənin  kollektivi xalqımızın ümummilli lideri Heydər Əliyevin və oftalmoloq, akademik Zərifə xanım  Əliyevanın məzarlarına gül dəstələri düzüblər.