1/

Azarkeş Festivalı başladı!

25-05-2019

Dənizkənarı Bulvarda UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun Azarkeş Festivalı start götürüb. Azarkeş Festivalı ictimaiyyətin böyük marağına səbəb olub. Müxtəlif əyləncə qurğuları ilə tanış olan festival ziyarətçiləri festivalın ulduz qonaqları – ingiltərəli Maykl Ouen və italiyalı Françesko Toldo ilə şəkil çəkdirmək, onlardan imza almaq imkanı da qazanıblar.

Azarkeş Festivalında Bakının Dənizkənarı Bulvarının ecazkar mənzərəsinin fonunda Avropa Liqasının kuboku ilə şəkil çəkdirmək, festivalın əsas səhnəsində Bakının və ümumilikdə Azərbaycanın ən yaxşı DJ-lərinin, qruplarının və ifaçılarının çıxışlarından zövq almaq imkanı yaradılıb. Azarkeşlərə müxtəlif futbol məşğələlərində və həyəcanverici Virtual Reallıq zonasında bacarıqlarını sınaqdan keçirərək mükafatlar qazanmaq şansı da verilib.

DİGƏR XƏBƏRLƏR

18-02-2020

Dənizkənarı Bulvar İdarəsindən Azərbaycan əsgərinə salam!

Daha çox
26-02-2020

Xocalı soyqırımından 28 il ötür

Daha çox
25-09-2020

Milli Parkda tələbələr üçün plener məşğələ keçirilib

Daha çox