1/

Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Dənizkənarı Bulvar İdarəsi arasında Əməkdaşlıq memorandumu imzalanıb

17-03-2022

2022-ci il mart ayının 17-də Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Dənizkənarı Bulvar İdarəsi arasında təhsil, elm və ixtisasartırma sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri İlqar Mustafayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova imzalayıblar. Tədbirdə Dənizkənarı Bulvar İdarəsi tərəfindən İdarə Heyəti sədrinin müavini Ağacan Əhmədov, Aparatın rəhbəri Çingiz Məmmədov, İdarə Heyəti sədrinin müşaviri Könül İmamverdiyeva, Tikinti, arxitektura, landşaft və dizayn şöbəsinin müdiri Ənvər Hacızadə ilə yanaşı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, Strateji planlaşdırma şöbəsinin müdiri Türkan Əliyeva, İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov iştirak ediblər.

Bu Memorandum kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, müvafiq ixtisaslar üzrə praktiki bacarıqların inkişaf etdirilməsi, tələbələrin yaradıcılığının inkişafına dəstək verilməsi, birgə elmi-praktiki tədqiqatların aparılması, innovativ layihələrin həyata keçirilməsi, fəaliyyət sahələrinə uyğun metodiki köməkliyin göstərilməsinə yönəlib. Qeyd etmək istərdik ki, hazırda Dənizkənarı Milli Park ərazisində Universitetin tələbələri kurs işi üzərində qrup halında çalışırlar.

DİGƏR XƏBƏRLƏR

27-09-2021

27 Sentyabr – Anım günü

Daha çox
23-07-2021

İyulun 23-də Dənizkənarı Bulvar İdarəsinin yanında İctimai Şuraya təkrar seçkilər keçirilib.

Daha çox
12-08-2019

Azarkeş Festivalı başladı!

Daha çox