1/

09-11-2019

Dənizkənarı Bulvar İdarəsi 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bulvar ərazisində pulsuz face-art təşkil edib. Aksiya çərçivəsində 10 nöqtədə arzu edən hərk kəsin üzünə boya ilə bayraq şəkilləri çəkilib. Face-artdan istifadə edən bütün qonaqlara pulsuz bayraqlar hədiyyə olunub.

Aksiyanı keçirməkdə məqsəd Azərbaycanın azadlığının, suverenliyinin simvolu, xalqın qürur mənbəyi olan dövlət bayrağının təbliğ olunması, xüsusən yetişməkdə olan gənc nəslə bayrağa sevgi və hörmət hissini aşılamaqdır.

Daha sonra bayram tədbiri Dənizkənarı Bulvar İdarəsi və “Mədəniyyət” telekanalının birgə təşkil etdiyi konsert proqramı ilə davam etdirilib. Tanınmış incəsənət ustalarının iştirakı ilə baş tutan bayram konserti "Mədəniyyət" telekanalının efirində yayımlanıb.

DİGƏR XƏBƏRLƏR

19-06-2019

Bakı Bulvarı Buta Airways jurnalının yay buraxılışında

Daha çox
06-12-2019

Bakı Bulvarında sağlamlıq yürüşü

Daha çox
21-09-2019

Dənizkənarı Milli Parkda “Bir günəş altında” adlı fotosərgi açılıb.

Daha çox