Dünya səyahəti etmiş bayrağımız Dövlət Bayrağı Muzeyində
Dünya səyahəti etmiş bayrağımız Dövlət Bayrağı Muzeyində
158 günə Dünya səyahətini başa vuran azərbaycanlı iş adamı və səyyah Fərid Novruzi Dənizkənarı Bulvar İdarəsinin qonağı olub. Fərid Novruzi bu səyahət çərçivəsində təyyarəsiz dünyanın 40 ölkəsini ziyarət edib. Səyahət etdiyi hər bir ölkədə Dövlət bayrağımızı dalğalandırıb. Bu, hər bir Azərbaycan vətəndaşı üçün qürurvericidir. Həmin bayraq Dövlət Bayrağı Muzeyinə rəsmi şəkildə təhvil verilib.