1/

Formula-1 azarkeşləri Bakı bulvarında

25-04-2019

Formula-1 Azərbaycan Qran Prisinə tamaşa etmək üçün Azərbaycana gələn azarkeşlər yarış zamanı yaranan fasilələrdən istifadə edərək paytaxtın görməli yerlərini gəzir, eləcə də Dənizkənarı Milli Parkda istirahət edirlər. Yarışla bağlı aprelin 25-dən Bakı bulvarında əyləncə proqramlarına start verilib. 

Dənizkənarı bulvar boyunca uzanan F1 Azarkeşlərin Əyləncə Zonasında yarışı izləməyə gələn avtoidman həvəskarlarına bir-birindən maraqlı və rəngarəng əyləncə prorqamları təqdim olunub. Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti "Azadlıq” meydanındadır.

DİGƏR XƏBƏRLƏR

01-10-2022

Dənizkənarı Milli Parkın ərazisində idman yürüşü keçirilmişdir

Daha çox
09-11-2023

Dənizkənarı Milli Parkda Dövlət Bayrağı Günü qeyd olundu

Daha çox
21-09-2019

Dənizkənarı Milli Parkda “Bir günəş altında” adlı fotosərgi açılıb.

Daha çox