1/

17-05-2021

Dənizkənarı Bulvar İdarəsi fəaliyyət istiqamətləri üzrə layihələrin hazırlanması və qəbulu zamanı ictimai iştirakçılığın və İdarə ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili məqsədilə “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq İctimai Şuranın tərkibinin formalaşdırılması üçün 15.07.2021-ci il tarixində seçki elan edir. Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin 02.06. 2020-ci il tarixli 07 nömrəli Qərarı ilə Dənizkənarı Bulvar İdarəsinin yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yaradılmış Seçki Komissiyası tərəfindən İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət, İctimai Şuranın üzvlərinin say həddi 5 nəfər müəyyən edilmişdir. İctimai Şuraya namizədliyini irəli sürmək istəyənlər 01.06.2021-ci il tarixindən 30.06.2021-ci il tarixinədək İctimai şuranın Seçki Komissiyasına aşağıda qeyd olunmuş sənədləri təqdim etməlidirlər: 1. Şəxsiyyət vəsiqəsinin surəti; 2. Namizədin tərcümeyi-halı; 3. Vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti; 4. Dənizkənarı Bulvar İdarəsi yanında yaradılan İctimai Şuraya namizədlərə münasibətdə şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər)

Qeyd olunmuş sənədlərdən başqa vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər. Səsvermədə iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutları seçki gününə 10 gün qalanadək təmsilçiləri barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri və əlaqə vasitəsi) İctimai şuranın Seçki Komissiyasına təqdim etməlidir. Sənədləri təqdim etmək üçün elektron poçt ünvanı: info@bulvar.gov.az Qeyd: Hər bir vətəndaş cəmiyyəti institutundan səsvermə prosesində iştirak üçün bir təmsilçi və İctimai Şuraya seçilmək üçün bir namizəd irəli sürülə bilər.

DİGƏR XƏBƏRLƏR

02-03-2024

Dənizkənarı Bulvar İdarəsi bir qrup media nümayəndəsi ilə görüş keçirib

Daha çox
23-07-2021

İyulun 23-də Dənizkənarı Bulvar İdarəsinin yanında İctimai Şuraya təkrar seçkilər keçirilib.

Daha çox
09-11-2019

Dövlət Bayrağı Günü Milli Parkda

Daha çox