1/

06-03-2020

Dənizkənarı Bulvar İdarəsi Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə profilaktik tədbirləri davam etdirir. Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri həyata keçirilib.

Bulvar ərazisində yerləşən bütün inzibati binalar, yeməkxanalar, anbarlar və ofislər xüsusi dərman məhlulları ilə dezinfeksiya olunub. Dezinfeksiya işlərini bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət həyata keçirir. İşlər qrafikə uyğun davam etdiriləcək. Koronavirusla bağlı dezinfeksiya işləri ilə yanaşı, Dənizkənarı Bulvar İdarəsinin struktur qurumlarında əməkdaşlar arasında maarifləndirmə işləri də aparılır.

DİGƏR XƏBƏRLƏR

08-03-2024

Dənizkənarı Bulvar İdarəsi xanımları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi

Daha çox
09-11-2023

Dənizkənarı Milli Parkda Dövlət Bayrağı Günü qeyd olundu

Daha çox
02-11-2021

“Gənc İstedadlar” liseyində “Azərbaycan bayrağı” adı altında mühazirə keçirildi

Daha çox