1/

26-02-2020

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu faciədən 28 il ötür. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, 155 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirdi. Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini anırlar.

Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva anım mərasimində iştirak ediblər. Prezident İlham Əliyev abidə önünə əklil qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib. Birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri, ölkəmizdəki dini konfessiyaların rəhbərləri abidənin önünə gül dəstələri qoyublar.

DİGƏR XƏBƏRLƏR

05-05-2021

İctimai şuraya seçki komissiyasının ilk iclası keçirilmişdir

Daha çox
22-10-2021

Yeni Azərbaycan Partiyasına qəbul olan şəxslərin vəsiqələri təqdim olunub

Daha çox
29-12-2023

Dənizkənarı Milli Parkda fəaliyyət göstərən atraksionlar təhlükəsizlik tələblərinə tam cavab verir

Daha çox