1/

İctimai Şuraya seçkilər keçirilib

15-07-2021

İyulun 15-də Dənizkənarı Bulvar İdarəsinin yanında İctimai Şuraya seçkilər keçirilib. Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq seçkilər Bakı Kristal Zalında təşkil olunub. İctimai Şuraya üzvlüklə bağlı seçkilərdə vətəndaş cəmiyyəti institutlarının 17 nümayəndəsi namizəd kimi qeydə alınıb. Seçki prosesinin sonunda seçki qutusu açılıb və səslər Seçki Komissiyasının üzvlərinin iştirakı ilə müşahidəçilərin nəzarəti altında hesablanıb. Gizli şəkildə keçirilən səsvermənin nəticələrinə əsasən, heç bir vətəndaş cəmiyyəti institutunun nümayəndəsi səslərin çoxluğunu qazana bilməyib.

DİGƏR XƏBƏRLƏR

17-05-2021

Elan

Daha çox
01-06-2021

Milli Parkda dezinfeksiya tədbirləri həyata keçirilmişdir.

Daha çox
04-06-2020

Bulvarın tarixi fotoşəkillərdə

Daha çox