1/

18-02-2020

Dənizkənarı Bulvar İdarəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Əsgərə salam” aksiyasına qoşulub. Aksiyaya yanvarın 17-dən start verilib. Məqsəd "Könüllülər ili"ndə könüllük hərəkatının iştirakçıları ilə yanaşı cəmiyyətin müxtəlif təbəqələrinin Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirməkdir. Aksiyaya qoşulmaq istəyənlər kollektiv yaxud tək olmaqla hərbi salamlama vəziyyətində şəkil çəkdirərək, sosial şəbəkələrdə #esgeresalam #dovletqacqinkom həştəqlərini qeyd etməklə paylaşırlar. Dənizkəbnarı Bulvar İdarəsinin kollektivi də bu aksiyaya qoşularaq Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyik nümayiş etdirib.

DİGƏR XƏBƏRLƏR

20-09-2023

Dənizkənarı Bulvar İdarəsininin əməkdaşı “Global CIO 200 Sammit”in mükafatını qazanıb

Daha çox
04-08-2023

Dənizkənarı Milli Parkda Özbəkistan mədəniyyət günlərinin bağlanış konserti keçirilib

Daha çox
05-07-2022

Azərbaycanın və ABŞ-ın Müstəqillik Günlərinin qeyd olunması ilə bağlı tədbir təşkil edilib

Daha çox