1/

21-06-2021

Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova xeyriyyə-satış sərgisinin keçirilmə məqsədi haqda danışıb, bildirib ki, Bakı bulvarı mütəmadi olaraq, rəssamlarımızın əsas mövzularından biri olub: “ADMİU-nun tələbələri də mütəmadi olaraq, universitet və Dənizkənarı bulvarın birgə layihəsi kimi plenerlərdə iştirak edir, bir-birindən gözəl bulvar mənzərələrini öz əsərlərində əks etdirirlər. Bu gün keçirilən satış sərgisi xeyriyyə məqsədiylə təşkil olunub. Belə ki, əldə olunan gəlir “YAŞAT” fondunun hesabına köçürüləcək. İnanırıq ki, bu cür layihələrimiz gələcəkdə də davamlı keçiriləcək”.

Tədbirdə çıxış edən Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müavini Ağacan Əhmədov təmsil etdiyi qurumun adından Bakı Bulvarının ildönümünə göstərilən bu cür diqqətə görə ADMİU rəhbərliyinə və Rəssamlıq fakültəsinin professor-müəllim, tələbə heyətinə öz təşəkkürünü bildirib. Layihənin digər koordinatoru, Tarix üzrə fəlsəfə doktoru, Dövlər Bayrağı muzeyinin direktoru Könül İmamverdiyeva da keçirilən sərginin önəmindən bəhs edib, bu cür layihələrin davamlı olmasını arzulayıb. Daha sonra sərgidə əsərləri nümayiş olunan tələbələr ADMİU-nun rektoru tərəfindən sertifikatlar, onların müəllimləri isə “Təşəkkürnamə”lərlə təltif olunublar. Eyni zamanda, göstərdiyi dəstəyə görə Dənizkənarı Bulvar İdarəsinin rəhbərliyinə də “Təşəkkürnamə” təqdim olunub. Qeyd edək ki, xeyriyyə-satış sərgisindən əldə olunan gəlir “YAŞAT” fondunun hesabına köçürüləcək.

DİGƏR XƏBƏRLƏR

01-06-2023

Dənizkənarı Bulvar İdarəsinin uşaqlara hədiyyəsi

Daha çox
06-03-2020

Dənizkənarı Milli Parkda növbəti dezinfeksiya işi aparılıb

Daha çox
12-08-2021

Dənizkənarı Bulvar İdarəsi yanında İctimai şuranın ilk iclası kieçirildi

Daha çox