1/

Dənizkənarı Bulvar İdarəsində qanvermə aksiyası keçirilib

15-11-2019

Dənizkənarı Bulvar İdarəsi Azərbaycan Talassemiya Federasiyasının "Donor günü" aksiyasına qoşulub. İdarədə könüllü qanvermə aksiyası təşkil edilib. Aksiyada Dənizkənarı Bulvar İdarəsinin 70 əməkdaşı qan verib. Azərbaycan Talassemiya Federasiyasının xüsusi tibb işçiləri donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər. Aksiyanı keçirməkdə məqsəd talassemiyadan əziyyət çəkən insanların qanla təminatına yardım etməkdir. Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyəti üzrə istifadə olunacaq.

DİGƏR XƏBƏRLƏR

10-08-2022

Dənizkənarı Milli Parkda Abay Kunanbayevə həsr edilən kitabın təqdimatı keçirilib

Daha çox
30-09-2022

Azərbaycan Memarlıq və İnşaat Universitetində tədbir

Daha çox
01-12-2023

Dənizkənarı Bulvar İdarəsində “Kommunikasiya və etika” mövzusunda təlim keçirilib

Daha çox