Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin müəllim və tələbə heyəti ilə görüş
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin müəllim və tələbə heyəti ilə görüş
Dənizkənarı Bulvar İdarəsinin rəhbərliyi 2022-ci il mart ayının 3-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin müəllim və tələbə heyəti ilə görüş keçirib. Bu görüş “İctimai məkanda yerləşən müvəqqəti pərakəndə ticarət məqsədli kiçik memarlıq həcmlərinin interyerlərinin yaradılması” layihəsinə həsr oulunub.
Görüş zamanı Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri İlqar Mustafayev, İdarə Heyətinin sədrinin müavinləri Ağacan Əhmədov və Elşən İsgəndərov layihə ilə bağlı AZMİU-nun tələbələrinin suallarını ətraflı cavablandırıblar. Bundan əlavə, Dənizkənarı Milli Park ərazisində müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində görüləcək işlər müzakirə edilib.
Dənizkənarı Bulvar İdarəsi yanında İctimai şuranın ilk iclası
YAP Səbail rayon təşkilatı və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə tədbir keçirildi.
Texniki - Humanitar liseydə “Azərbaycan bayrağı” mövzusunda mühazirə keçirilib