Rəhbərlik

İdarə rəisi – İlqar Əziz oğlu Mustafayev 1966-cı ilin avqust ayının 11-də Bakı şəhərində anadan olmuşdur. Ali təhsillidir. Azərbaycan Politexnik Universitetinin mühəndis mexanikası fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. 2005-2015-ci illərdə Heydər Əliyev Fondunun eksperti və Xəzər İnkişaf Fondunun direktoru vəzifələrində çalışmışdır.  Azərbaycan Respublikası Prezidentinin 16 may 2015-ci il 1222 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi, 15 yanvar 2016-cı il 1700 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Ailəlidir. 3 övladı var.

Qəbul günləri: Hər ayın I-ci həftəsinin ikinci günü

Qəbul saatı:   14:00-17:00

Rəis müavini – Ağacan Əhməd oğlu Əhmədov 1964-cü ilin 29 fevral tarixində Bakı şəhərində anadan olmuşdur. Ali təhsillidir. Azərbaycan Neft və Kimya İnstitutunun Dağ mühəndisliyi, Azərbaycan İqtisad Universitetinin İqtisadiyyat fakultələrini bitirmişdir. Azərbaycan Respublikasının Prezidentinin 17 iyun 2016-cı il 2123 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdur. Ailəlidir 3 övladı var.

Qəbul günləri:Hər ayın II-ci həftəsinin üçüncü günü

Qəbul saatı:10:00-13:00

Rəis müavini – Elşən Rüstəm oğlu İsgəndərov 1964-cü ilin 3 sentyabr tarixində Bakı şəhərində anadan olmuşdur. Ali təhsillidir. Azərbaycan Neft və Kimya İnstitutunun mühəndis elektrotexnikası və Azərbaycan İqtisad Universitetinin İqtisadiyyat fakultələrini bitirmişdir. Azərbaycan Respublikasının Prezidentinin 17 iyun 2016-cı il 2124 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdur. Ailəlidir 3 övladı var.

 Qəbul günləri:Hər ayın III-cü həftəsinin beşinci günü

Qəbul saatı:14:00-17:00