Büdcədən maliyyələşən qurumlar:

 Dövlət Bayrağı Muzeyi

Dövlət Bayrağı Muzeyi 9 noyabr 2010-cu ildə - Dövlət Bayrağı Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən açılmışdır. Həmçinin muzey, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurum olub büdcədən maliyyələşir və Nazirlər Kabinetinin 22 iyun 2016-cı il №234-li Qərarı ilə təsdiq olunmuşdur.

Muzeydə müasir dizayn texnologiyalarından istifadə olunan müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da nümayiş olunur.

Əlaqə telefonu:(+994 12) 404 95 98

Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi

"Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi" Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurum olub büdcədən maliyyələşir və Nazirlər Kabinetinin 22 iyun 2016-cı il  № 234-li Qərarı ilə təsdiq olunmuşdur. Müəssisənin əsas fəaliyyəti Dənizkənarı Bulvar ərazisində kommunal xidmətin təşkili, təmir, təmizlik, ərazinin yaşıllaşdırılması, ərazisinin mühafizəsini əhatə edir.

Əlaqə telefonu:(+994 12) 480 09 06

Təsərrüfathesablı təşkilatlar:

Sahil Xidməti” MMC

"Sahil Xidməti" MMC- Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurum olub təsərrüfathesabına maliyyələşir və Nazirlər Kabinetinin 22 iyun 2016-cı il 234 №-li Qərarı ilə təsdiq olunmuşdur. Müəssisənin əsas fəaliyyəti Dənizkənarı Bulvar ərazisində vətəndaşların istirahət və əyləncəsinin təşkili məsələlərinini əhatə edir.

Əlaqə telefonu:(+994 12) 404 84 46

Dənizkənarı Milli Park” MMC

"Dənizkənarı Milli Park" MMC Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurum olub təsərrüfathesabına maliyyələşir və Nazirlər Kabinetinin 22 iyun 2016-cı il 234№-li Qərarı ilə təsdiq olunmuşdur. Müəssisənin əsas fəaliyyəti Dənizkənarı Bulvar ərazisində vətəndaşların istirahət və əyləncəsinin təşkili məsələlərinini əhatə edir.

Əlaqə telefonu:(+994 12) 497 87 48  Qaynar xətt:(+994 12) 480 18 36