Loqomuz

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin loqosu özündə Bakının dənizkənarı, tarixi və hazırkı gözəlliyi ilə məşhur olan Bakı buxtası və ən hündür bayraq dirəyi üzərində ucalan Azərbaycan bayrağını özündə birləşdirir.

100 ildən artıq yaşı olan Bakı bulvarı bu gün dünyanın ən böyük və gözəl dənizkənarı parkları sırasındadır. Bir vaxtlar “Mirvari” kafesi, “Venesiya” şəhərciyi, “Saat Qülləsi” ilə tanınan Bakı bulvarı bu gün həm də dəniz sahilində inşa olunan“Dövlət Bayrağı Meydanı”, “Bakı Kristal Zalı”, “Xalça Muzeyi”, “Beynəlxalq Muğam Mərkəzi”, və s. ilə tanınır.

Müstəqil Azərbaycan bu gün tarixi keçmişi, müasir inkişafı, qüdrəti ilə dünyada tanınır. Azərbaycan vətəndaşlarımızın qürur yerinə, milyonlarla insanların və turistlərin sevimli məkanına çevrilmişdir. Bakı Bulvarının ən yüksək nöqtəsində- Dövlət Bayrağı Meydanında müstəqilliyin rəmzi olan üçrəngli bayrağımız dalğalanır.

Dənizkənarı Bulvar İdarəsinin loqosu özündə Azərbaycan bayrağı, Xəzər dənizi, sahilyanı bulvar və Bakı buxtasını birləşdirməklə Azərbaycanın tarixini, qədimliyi həm də müasirliyi və bugünkü qüdrətini özündə əks etdirir.