1/

Dəmirağac

Flora

Dəmirağac

Dəmirağac - (lat. Parrotia persica). Dəmirağackimilər - (Hamamelidaceae R. Br.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – Azərbaycanın nadir növüdür. 12—22 (25) m boyunda, artıq dərəcədə qollu –budaqlı ağacdır. Lənkəran ovalığı (Lənkəran rayonu – Bürcəli və Təngivan kəndləri, Astara rayonu (Maşxan kəndi, Lənkəranın dağlıq hissəsi, Böyük Qafqazın şərq hissəsi (Qəbələ rayonu –Çuxur Qəbələ kəndi), Hirkan meşələrində 7,4 min ha sahəni tutur. Köhnə bulvar ərazisində tennis kortu yaxınlığında əkilmişdir.

Bunu da bəyənə bilərsiniz

Barmaqvari finik və ya xurma  

Daha çox

Eldar şamı 

Daha çox

Arizona sərvi  

Daha çox