1/

Dənizkənarı Milli Parkın pasportu hazırlanıb

20-11-2023

Dənizkənarı Milli Parkın pasportu hazırlanıb

Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin birgə əməkdaşlığı ilə Dənizkənarı Milli Parkın pasportu hazırlanıb və Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qeydiyyatına alınıb. Pasportda Milli Parkın xüsusiyyətləri ilə bağlı qanunvericiliklə müəyyən edilmiş məlumatlar öz əksini tapıb. Qeyd edək ki, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin hər biri üçün pasport hazırlanır. Bu ərazilərin və obyektlərin pasportu müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmaqla müəyyən olunmuş qaydada saxlanılır.

DİGƏR XƏBƏRLƏR

18-06-2023

Dənizkənarı Milli Parkda Sabantuy bayramı keçirilib

Daha çox
17-01-2020

Brügge şəhərində keçirilən “Milli Həftə” layihəsində ölkəmiz təmsil olunub

Daha çox
18-08-2023

Dənizkənarı Milli Parkda “Yoqa” günü keçirilmişdir.

Daha çox