Dənizkənarı Milli Parkda böyük qələbəmizə həsr olunan "Zəfər" Yarmarkası davam edir
Dənizkənarı Milli Parkda böyük qələbəmizə həsr olunan "Zəfər" Yarmarkası davam edir
Yarmarka “YAŞAT” Fondu, Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Peyntbol Federasiyasının təşkilatçılığı ilə təşkil olunub. “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda keçirilən yarmarka çərçivəsində müxtəlif şirkətlər tərəfindən qida məhsullarının, zəfər simvolikasına aid müxtəlif suvenirlərin, kitabların və digər məhsulların satışı reallaşdırılır. Eyni zamanda, Vətən müharibəsi ilə bağlı silah, geyim və texnikaların nümayişi üçün zona, hərbi oyun meydançaları quraşdırılıb. Buraya gələn vətəndaşlar üçün, həmçinin hərbi vətənpərvərlik yarışları, uşaqlar üçün əyləncəli tədbirlər təşkil edilir.
Qeyd edək ki, yarmarkadan əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə ediləcək.
Dənizkənarı Bulvar İdarəsinin kollektivi Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabanı ziyarət edib.
Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib.
“Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” mövzusuna təlim keçirilmişdir