Bakı bulvarında klassik avtomobillərin sərgisi keçirilib
Bakı bulvarında klassik avtomobillərin sərgisi keçirilib
Avqustun 30-da Bakıda Azərbaycan Avtomobil Federasiyası (AAF) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı ilə klassik avtomobillərin yürüşü və çövkən oyunu, at şousunun bir araya gəldiyi tədbir keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Tədbir Bakı bulvarında klassik avtomobillərin sərgisi ilə başlayıb. Dənizkənarı Milli Parkda AAF-da tədbir üçün qeydiyyatdan keçən klassik avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələri nümayiş olunub. Yüzdən çox klassik avtomobilin iştirak etdiyi tədbirdə müxtəlif illərə aid nəqliyyat vasitəsini görmək mümkün olub. Bu nadir eksponatlar avtomobil sənayesinin inkişaf mərhələsini əks etdirərək, vizual baxımdan hər zaman diqqəti cəlb edir.
ПРОШЕЛ ВЕЛОПРОБЕГ С ДЕВИЗОМ ЗА ЧИСТЫЙ ГОРОД «БУДЬ В ДВИЖЕНИЕ»
23 июля состоялись повторные выборы в общественный совет при Управлении Приморского бульвара
Прошел фестиваль «Гимнастика для всех»