1/

Было организовано совместное мероприятие с Сабаильской районной организацией YAP

14-07-2021

2021-ci il iyulun 14-də “Baku Crystal Hall”un Konfrans zalında YAP Səbail rayon təşkilatı və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin respublika rəhbərliyinə gəlişinin növbəti ildönümünə həsr olunan tədbir keçirildi. Tədbirdə YAP Səbail rayon “Dənizkənarı Bulvar İdarəsi” ərazi ilk partiya təşkilatının İdarə Heyətinin yeni tərkibi təsdiqləndi. Bundan əlavə, Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müşaviri, Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva yekdilliklə ərazi ilk partiya təşkilatının yeni sədri seçildi. Dənizkənarı Bulvar İdarəsinin Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin Maliyyə və təminat şöbəsinin müdir müavini Emin Qədirov isə yekdilliklə ilk partiya təşkilatı sədrinin müavini seçildi. YAP sıralarına qəbul olunmaq istəyən Dənizkənarı Bulvar İdarəsinin əməkdaşlarının müraciətlərinə də baxıldı və müvafiq qərarlar qəbul olundu.

ДРУГИЕ НОВОСТИ

01-06-2021

В национальном парке была проведена дезинфекция.

Увидеть больше
24-12-2022

Dənizkənarı Milli Parkda Yeni il şənlikləri haqqında

Увидеть больше
02-11-2021

В лицее «Молодые таланты» прошла лекция на тему «Флаг Азербайджана»

Увидеть больше