Dənizkənarı Bulvar İdarəsininin əməkdaşı “Global CIO 200 Sammit”in mükafatını qazanıb
Dənizkənarı Bulvar İdarəsininin əməkdaşı “Global CIO 200 Sammit”in mükafatını qazanıb
Dünyanın bir çox ölkələrində keçirilən nüfuzlu “Global CIO 200 Sammit”i bu dəfə Bakıda təşkil edilib. Sentyabrın 17-19-da keçirilən tədbir dövlət və özəl sahələrdə qabaqcıl informasiya texnologiyalarının tətbiqi, idarəetmənin elektronlaşdırılması, kibertəhlükəsizliyin təmin edilməsi, o cümlədən, təbiətə vurulan zərərin minimuma endirilməsi və digər əlaqədar məsələlərə həsr olunub.
Tədbirdə Dənizkənarı Bulvar İdarəsini İdarənin Hüquq, insan resursları və sənədlərlə iş şöbəsinin müdiri Tahirə Qarabəyli təmsil edib. İdarəetmənin, habelə xidmətlərin elektronlaşdırılması sahəsindəki nailiyyətlərə görə xanım Qarabəyli “The World CIO 200 Awards” medalı və sertifikatı ilə mükafatlandırılıb.
Qeyd edək ki, 2022-2023-cü illərdə Dənizkənarı Bulvar İdarəsində kargüzarlıq və sənəd dövriyyəsi sistemi tam elektronlaşdırılıb. İdarə tərəfindən göstərilən dövlət xidmətlərinin elektronlaşdırılması başa çatdırılıb, kağız istehlakı iki dəfəyədək azaldılıb və İdarə kağızın təkrar emalı ilə əlaqədar layihənin fəal üzvünə çevrilib. Hal-hazırda Dənizkənarı Bulvar İdarəsi “Çağrı mərkəzi”nin yaradılması istiqamətində də işləri yekunlaşmaq üzrədir.
СОСТОЯЛСЯ ТРЕНИНГ НА ТЕМУ «БОРЬБА С КОРРУПЦИЕЙ И ПРАВИЛА ЭТИЧЕСКОГО ПОВЕДЕНИЯ»
В ПРИМОРСКОМ НАЦИОНАЛЬНОМ ПАРКЕ СОСТОЯЛАСЬ ПРОГУЛКА ДЕТЕЙ ЛИШЕННЫХ ОТЦОВСКОЙ ЗАБОТЫ
Dövlət orqanlarında kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı təlim təşkil edilmişdir