Dənizkənarı Milli Parkda Novruz şənlikləri haqqında
Dənizkənarı Milli Parkda Novruz şənlikləri haqqında
Novruz şənlikləri ilə bağlı Dənizkənarı Bulvar İdarəsi tərəfindən Dənizkənarı Milli Parkda hazırlıq işləri aparılıb. Milli Parkın ərazisi Novruz bayramı abu-havasında müxtəlif bəzəklər və kompazisiyalarla bəzədilib.
Dövlət Kukla Teatrının arxasındakı meydançada Novruz şəhərciyi salınıb, burada müxtəlif rəngarəng kompazisiyalar, bəzəklər quraşdırılıb. Onların sırasında səməni, tonqallar, milli geyimdə və milli musiqi alətləri ilə olan kuklalar, Nizami Gəncəvinin Xəmsəsindən olan təsvirlərlə bəzədilmiş rəngarəng oyuncaqlar vardır.
Burada 18 mart 2023-cü il tarixindən etibarən uşaqların asudə vaxtının səmərəli keçirilməsi üçün diskoteka, animatorların iştirakı ilə tamaşalar və konsert proqramları təşkil ediləcəkdir. Bununla yanaşı, uşaqların əyləncəsinə rəngarənglik qatmaq məqsədilə hava ilə doldurulmuş oyuncaqlar da yerləşdiriləcəkdir.
Bahar bayramına həsr olunan rəngarəng bəzəkləri, kompazisiyaları nəinki şəhərcikdə, eləcə də Köhnə Bulvar ərazisi boyunca görmək olar. Belə ki, Kukla Teatrının ətrafında Novruz çərşənbələrini (Su, Od, Yel və Torpaq) simvolizə edən kuklalar, böyük səməni xonçası Milli Parka rəngarəng bayram abu-havası bəxş edəcəkdir.
Novruz bayramına həsr olunmuş şənliklər 26 mart 2023-cü il tarixinə kimi davam edəcəkdir.
В ПРИМОРСКОМ НАЦИОНАЛЬНОМ ПАРКЕ СОСТОЯЛАСЬ ПРОГУЛКА ДЕТЕЙ ЛИШЕННЫХ ОТЦОВСКОЙ ЗАБОТЫ
Dənizkənarı Milli Parkın pasportu hazırlanıb
Gənclər və İdman Nazirliyinin 30 illiyi Bakı bulvarında qeyd olundu