1/

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2025” baş tutdu.

04-05-2025

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2025” baş tutdu.

     Artıq səkkizinci dəfə təşkil olunan yarış üçün 28 minədək iştirakçı qeydiyyatdan keçib.

   Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, 20-dən çox ölkədən iştirakçılar da yer alıblar. Yarış Dövlət Bayrağı Meydanından start götürərək, Dənizkənarı Milli Park və paytaxtın əsas prospektləri boyunca uzanan 21 km-lik marşrutu əhatə edib.

    Marafondan öncə fiziki imkanları məhdud şəxslər və Daun sindromlu uşaqlar üçün yürüş təşkil olunub.

   “Küləyə qalib gəl” şüarı ilə keçirilən marafonda kişilər arasında qalib türkiyəli Atac Sezgin olub. Ukraynalı Vitali Şafar ikinci, türkiyəli Murat Emekdar isə üçüncü yeri tutub. Qadınların yarışında isə ukraynalı Natalya Semenoviç birinci, azərbaycanlı Anna Yusupova ikinci, yaponiyalı Eriko Soma isə üçüncü yerə layiq görülüb.

ДРУГИЕ НОВОСТИ

26-02-2020

Президент Ильхам Алиев принял участие в церемонии почтения памяти жертв Ходжалинского геноцида

Увидеть больше
19-06-2019

Бакинский Бульвар в летнем номере журнала Buta Airways

Увидеть больше
09-11-2023

Dənizkənarı Bulvar İdarəsinin kollektivi Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

Увидеть больше