1/

Bulvar ərazisində velosiped yollarının salınmasına başlanılıb

14-03-2024

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda mikromobillik vasitələri üçün infrastrukturun yaradılması istiqamətində hazırlanmış layihənin icrasını davam etdirir. Layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edir.

Artıq Dənizkənarı Milli Park ərazisində də müvafiq işlərə başlanılıb. İlkin mərhələdə Bulvar ərazisindəki yolun uzunluğu təxminən 2200 metr təşkil edəcək (Dəniz Vağzalının qarşısından Azneft dairəsinədək). Bununla da Bulvar ərazisi digər küçə və prospektlərdə salınan velosiped yolları ilə əlaqələndiriləcək və bir dövrə tamamlanacaq. 

Növbəti mərhələlərdə bu şəbəkənin genişləndirilərək bütün Bulvar ərazisini əhatə etməsi planlaşdırılır. Görüləcək işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılacaq, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılacaq, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunacaq.

OTHER NEWS

07-04-2024

Bulvarın bir anı adlı fotomüsabiqənin qalibləri müəyyənləşdi

See more
01-06-2023

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə xüsusi qayğıya ehtiyacı olan uşaqlar da unudulmadı

See more
05-01-2022

The Public Council created a HOT LINE

See more