1/

Dənizkənarı Milli Parkda Yeni il şənlikləri haqqında

24-12-2022

Dənizkənarı Milli Parkda Yeni il şənlikləri haqqında

Yeni il şənlikləri ilə bağlı Dənizkənarı Bulvar İdarəsi tərəfindən Dənizkənarı Milli Parkda hazırlıq işləri aparılıb. Milli Parkın ərazisi boyunca ağaclar və işıq dirəkləri çılçıraqlarla bəzədilib, rəngarəng yeni il kompazisiyaları qurulub.

Ağ Şəhər bulvarında və Köhnə bulvar ərazisindəki Dövlət Kukla Teatrının arxasında yeni il şam ağacları quraşdırılıb.

Dövlət Kukla Teatrının sağ tərəfində və Milli parkın Azneft meydanı yaxınlığında Nağıl Şəhərcikləri salınıb. Burada çılçıraqla bəzədilmiş yeni ilin rəmzləri, oyuncaqlar,  kiçik evlər, maraqlı bəzəklər uşaqların istirahətini yüksək səviyyədə təmin edib.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Milli Parkın Yeni bulvar ərazisində və Azneft dairəsi ətrafındakı işıq dirəklərində işıqlandırılan Azərbaycan bayrağı əks olunur.

Bundan əlavə, 24 dekabr 2022-ci il tarixindən uşaqların istirahətini yüksək səviyyədə təmin etmək məqsədilə Milli Parkın “Köhnə bulvar” ərazisində əyləncəli-musiqili proqramlar təşkil olunur.

Dövlət Kukla Teatrının arxasındakı ərazi tam yeni il abu-havasında bəzədilib, burada yeni illə bağlı kompazisiyalar hazırlanıb. (çılçıraqlı xizəkli maral, retro maşın, oyuncaqlar, hava ilə doldurulmuş oyuncaqlar və s. ). Nağıl və cizgi film qəhrəmanları, eyni zamanda transformerlər (robotlar) uşaqları şənləndirərək onların böyük sevincinə səbəb olublar. Bununla yanaşı, uşaqların asudə vaxtının səmərəli keçirilməsi üçün diskoteka, tamaşalar, konsert, atəşfəşanlıq, illüminasiya (işıq) və alov şousu, face art  da təşkil edilib.

Dənizkənarı Bulvar İdarəsi tərəfindən təşkil olunacaq yeni il şənliyi 8 yanvar 2023-cü il tarixinə kimi davam edəcəkdir.

OTHER NEWS

05-07-2022

Azərbaycanın və ABŞ-ın Müstəqillik Günlərinin qeyd olunması ilə bağlı tədbir təşkil edilib

See more
06-12-2019

Health march on the Seaside Boulevard

See more
09-11-2021

Employees of the Seaside Boulevard Administration visited the Alley of Honor and the Alley of Martyrs

See more