1/

A meeting of the Public Council was held at the Seaside Boulevard Administration

05-11-2021

Dənizkənarı Bulvar idarəsinin yanında İctimai Şuranın növbəti iclası keçirilib. Dənizkənarı Bulvar idarəsinin yanında İctimai Şuranın ikinci iclası keçirilib. İclas İctimai Şuranın sədr, sədr müavini, katib və üzvlərin iştirakı ilə təşkil edilib. İclasın əvvəlində İctimai Şuranın sədri Ramil Əliyev Şura üzvlərini salamlayaraq, gündəlikdə olan məsələr barədə ətraflı məlumat verdi. İclasın gündəliyində duran məsələlər Dənizkənarı Bulvar İdarə Heyətinin sədri İlqar Mustafayevə müraciətin qəbulu; strukturlaşma, komissiya və işçi qruplarının yaradılması; reqlamentin, fəaliyyət planı və etik davranışlar kodeksinin qəbulu; Dənizkənarı Bulvar idarəsinin fəaliyyətinə, bulvarda görülən işlər və ictimai qurumların bu məsələdə mövqeyi ilə bağlı tədbirin keçirilməsinin müzakirəsini əhatə edirdi.

Daha sonra Şura üzvləri ilə birlikdə gündəlikdə nəzərdə tutulmuş məsələlər haqqında müzakirələr və fikir mübadiləsi aparıldı. İctimai Şuranın üzvləri tərəfindən və həll edilməsi istiqamətində təkliflər səsləndirildi. İclasın sonunda Şuranın fəaliyyətində səmərəliliyi qorumaq üçün fəaliyyət planı müzakirə olundu. Yekunda Şura üzvlərinin qərarı ilə etik davranış kodeksi və reqlamenti qəbul olunub.

 

https://onder.tv/main/495-dnizknar-bulvar-idarsi-yannda-ictimai-urann-novbti-iclas-kecrilib.html

 

OTHER NEWS

25-02-2020

Today is the first "Tuesday" of Nowruz in Azerbaijan

See more
15-06-2023

15 İyun Milli Qurtuluş günü və Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə Dənizkənarı Bulvar İdarəsi aksiya keçirib

See more
10-09-2021

The next meeting of the Public Council under the Seaside Boulevard Department was held.

See more