Dənizkənarı Milli Parkda genişmiqyaslı dezinfeskiya işləri aparılıb
Dənizkənarı Milli Parkda genişmiqyaslı dezinfeskiya işləri aparılıb
Dənizkənarı Bulvar İdarəsi koronavirus (COVİD 19) pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə profilaktik tədbirləri davam etdirir.
Dənizkənarı Milli Parkın ərazisində mütəmadi olaraq keçirilən dezinfeksiya tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası çərçivəsində həyata keçirilir.
Dezinfeksiya işlərinin həyata keçirilməsində məqsəd vətəndaşların sağlamlığının qorunması, onlar üçün təhlükəsiz və sağlam mühit yaratmaq, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsindən ibarətdir.
Belə ki, 14 avqust 2021-ci il tarixində səhər saatlarından başlayaraq iri və xırda həcmli texnikalar vasitəsilə bütün Bulvar ərazisi xüsusi məhlullarla yuyulub. Bulvar ərazisində yerləşən bütün inzibati binalar, yeraltı keçidlər, yeməkxanalar, iaşə obyektləri, gəzinti gəmiləri, anbarlar və ofislər, oturacaqlar, məhəccərlər, işıq dirəkləri və s. xüsusi dərman məhlulları ilə dezinfeksiya olunub.
Dənizkənarı Bulvar İdarəsi tərəfindən hər həftə 215 hektar ərazidə dezinfeksiya işləri aparılır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır. Bu işlərə 300 nəfərlik işçi heyəti cəlb olunur, Hako tipli 5 ədəd maşın və 10 tonluq 4 ədəd su maşınından istifadə edilir.
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Milli Parkın ərazisində maarifləndirici plakatlar və işarələr yerləşdirilib.
Koronavirusla bağlı dezinfeksiya işləri ilə yanaşı, Dənizkənarı Bulvar İdarəsinin struktur qurumlarında əməkdaşlar arasında maarifləndirmə işləri də aparılır.
COVİD 19 pandemiyasının yayılmasının qarşısının alınmasını təmin etmək məqsədilə dezinfeksiya işləri gələcəkdə də mütəmadi olaraq davam etdiriləcək.
Dənizkənarı Milli Parkda İdman yürüşü...
В честь Дня Государственного флага были проведены различные мероприятия
Şəhid övladlarının Bulvar gəzintisi