Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən edilmiş tapşırıqlar çərçivəsində buxtanın Dənizkənarı Milli Park ərazisinə düşən hissəsində suyun müxtəlif üzvi tullantılardan, neft ləkələri və qalıqlardan təmizlənməsi işləri aparılır.
Tədbirlər Dənizkənarı Bulvar İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti arasında bağlanmış müvafiq müqaviləyə əsasən həyata keçirilir.
İşlər çərçivəsində suyun səthində toplanmış neft ləkələri və müxtəlif tullantılar, həmçinin sahilyanı ərazilər təmizlənir.
Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi və bəzi sahələrdə dayazlaşmanın müşahidə olunması ilə əlaqədar təmizlik işləri zamanı xüsusi qurğu və avadanlıqlardan istifadə edilir
An exhibition of classic cars was held at the Seaside National Park
Sahil kollektorunun Bakı bulvarına düşən hissəsinin yenilənməsi işlərinin növbəti mərhələsi Milli Xalça Muzeyi yaxınlığında icra olunur
Bir zamanlar şəhər həyatının ayrılmaz hissəsi olan faytonlar yeni görkəmdə Bakı Bulvarında