1/

Dənizkənarı Bulvar İdarəsinin kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

27-09-2023

Dənizkənarı Bulvar İdarəsinin kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

27 Sentyabr - Anım günü ilə əlaqədar  Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.

Parkın girişində xatirə daşının önünə gül dəstələri qoyulub, şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 Sentyabr - Anım Günü kimi qeyd edilir.

Şanlı tarix yazan qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirik! 

OTHER NEWS

27-09-2024

Seaside Boulevard Administration staff visit Victory Park

See more
27-10-2023

Heydər Əliyevin Dənizkənarı Milli Parkın inkişafında misilsiz xidmətləri adlı konfrans keçirilib

See more
11-01-2025

Today, January 11 — World Reserves and National Parks Day

See more