1/

Dənizkənarı Milli Parkda attraksionlar yenidən fəaliyyətə başladı

15-10-2025

Dənizkənarı Milli Parkda attraksionlar yenidən fəaliyyətə başladı

Bir neçə il öncə istismar müddəti başa çatdığı üçün Dənizkənarı Milli Parkda böyüklər üçün nəzərdə tutulmuş attraksionların fəaliyyəti dayandırılmış və onlar ərazidən yığışdırılmışdı.

İctimai marağı nəzərə alan Dənizkənarı Bulvar İdarəsi tərəfindən aparılan yenidənqurma və bərpa işləri nəticəsində attraksionlar tamamilə yeni tərtibatda və müasir dizaynda yenidən ziyarətçilərin istifadəsinə verilib. Əyləncə zonası əvvəlki — ənənəvi məkanında fəaliyyət göstərir.

Yeni attraksionlarda ziyarətçilərin rahatlığı üçün innovativ həllər tətbiq olunub. Belə ki, kassa ilə yanaşı bilet terminalları da quraşdırılıb. Terminallar vasitəsilə cəmi üç toxunuşla bilet əldə etmək mümkündür. Bu yanaşma insan sıxlığının effektiv idarə olunmasına və xidmət prosesində şəffaflığın təmin edilməsinə xidmət edir.

Attraksionlar bütün texniki normalara və müasir təhlükəsizlik tələblərinə tam cavab verir. Bununla yanaşı, attraksionlarda gündəlik əsasda texniki baxış həyata keçiriləcək və təhlükəsizliklə bağlı bütün texniki reqlamentlərin tələblərinə ciddi şəkildə riayət olunacaq.

Əyləncə zonasında Bulvarın ümumi üslubuna və dizayn koduna uyğun tərtibatda köşklər də quraşdırılıb.

Qeyd edək ki, attraksionlardan yalnız boyu minimum 120 santimetr olan şəxslərin istifadəsinə icazə verilir. Hamilə qadınlar, ürək, boyun və ya bel problemləri olan şəxslər, həmçinin başgicəllənmə və ya yırğalanma (kinetoz) narahatlığı olanlar, eləcə də alkoqolun təsiri altında olan şəxslər attraksionlara buraxılmır.

OTHER NEWS

08-06-2025

“Peking to Paris Motor Challenge” Cars Displayed on Baku Boulevard

See more
13-08-2023

Dənizkənarı Milli Parkda Beynəlxalq Gənclər Gününə həsr olunan “ECO-Fest” adlı ekoloji tədbir keçirilib

See more
09-11-2022

Various events were carried out on the occasion of the National Flag Day

See more