1/

“Peking to Paris Motor Challenge” yarışının avtomobilləri Bakı bulvarında nümayiş olundu

08-06-2025

“Peking to Paris Motor Challenge” yarışının avtomobilləri Bakı bulvarında nümayiş olundu

     Dünyanın ən məşhur retro avtomobil yarışlarından biri sayılan “Peking to Paris Motor Challenge” ikinci dəfə olaraq Azərbaycandan keçir.

     Yarış çərçivəsində retro avtomobillər Dənizkənarı Milli Parkda "Yeddi Gözəl" fəvvarəsinin önündə sərgilənib. Tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə ərsəyə gəlib.

      17 may tarixində Böyük Çin Səddindən start götürən yarış Çin, Monqolustan və Qazaxıstan ərazilərindən keçərək Azərbaycana çatıb.

      Ölkəmizdə yarışda 55 retro avtomobil iştirak edir. 10 iyun tarixində iştirakçılar Azərbaycanı tərk edərək Gürcüstan və Türkiyə üzrə marşrutlarla hərəkətlərini davam etdirəcəklər.

     Qeyd edək ki, “Peking to Paris Motor Challenge” yarışı ilk dəfə 1907-ci ildə təşkil olunub.

OTHER NEWS

07-04-2024

Bulvarın bir anı adlı fotomüsabiqənin qalibləri müəyyənləşdi

See more
18-03-2025

Dənizkənarı Milli Parkdakı atraksionların təhlükəsizlik vəziyyəti yoxlanılıb

See more
14-12-2023

Dənizkənarı Bulvar İdarəsinin çağrı mərkəzi yaradılıb

See more