1/

Bulvarın 115 illiyinə həsr olunan fotomüsabiqə keçirilir

15-03-2024

Bulvarın 115 illiyinə həsr olunan fotomüsabiqə keçirilir

Dənizkənarı Bulvar İdarəsi “Bakı Bulvarı”nın yaradılmasının 115 illiyinə həsr olunan “Bulvarın bir anı” adlı fotomüsabiqəyə start verir. Martın 15-dən aprelin 7-dək keçiriləcək müsabiqədə həm həvəskar, həm də peşəkar fotoqraflar iştirak edə bilərlər. Qaliblər müstəqil ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin yekununda birinci yerin sahibinə 1500, ikinci yerin sahibinə 1000 və üçüncü yerin sahibinə 500 manat mükafat təqdim olunacaq.

Müsabiqənin şərtləri barədə daha ətraflı məlumatlarla  www.bulvar.gov.az  saytından tanış olmaq olar.

Müsabiqənin şərtləri

Müsabiqəyə qatılmaq üçün keçid

 

DİGƏR XƏBƏRLƏR

09-11-2021

Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Daha çox
07-04-2024

Tanınmış bloggerlər Dənizkənarı Milli Parkda bir araya gəldilər

Daha çox
25-09-2020

Milli Parkda tələbələr üçün plener məşğələ keçirilib

Daha çox