1/

Dənizkənarı Milli Parkda Sabantuy bayramı keçirilib

18-06-2023

Dənizkənarı Milli Parkda Sabantuy bayramı keçirilib

Bakı Dənizkənarı Bulvarında Sabantuy tatar milli bayramı qeyd edilib. 
Tatarların milli bayramı sayılan, yayın başlamasından xəbər verən "Sabantuy" bayramı bu il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Tədbirdə Tatarıstanın rəhbəri Rüstəm Minnixanov, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak ediblər.
"Milli müdriklik evi"ndə tatar ictimai xadimlərinə və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş "Mənəviyyat, mədəniyyət, maarifçilik" adlı sərgi keçirilib.
 

 

Bayramda qonaqlar üçün təşkil edilən tematik meydançalarda, "Baursak evi"ndə tatar şirniyyatlarını, çay, keramika məhsullarını əldə etmək, həmçinin "baursak" adlanan un məmulatını dadmaq mümkün olub.
"Sabantuy" bayramının iştirakçıları tatar güləşi ilə yanaşı bir sıra idman-əyləncə oyunlarında iştirak ediblər.
Qonaqlara Azərbaycan və Tatarıstandan olan yaradıcı kollektivlərin, incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.

DİGƏR XƏBƏRLƏR

09-09-2022

“Gimnastika hamı üçün” festivalı keçirilib

Daha çox
16-03-2024

Dənizkənarı bulvarda panorama çarxının fəaliyyəti bərpa edildi

Daha çox
02-03-2024

Dənizkənarı Bulvar İdarəsi bir qrup media nümayəndəsi ilə görüş keçirib

Daha çox