1/

20-01-2020

Dənizkənarı Bulvar İdarəsində 20 Yanvar faciəsinin 30-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçıları qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədr müavini Elşən İsgəndərov 20 Yanvar faciəsinin Azərbaycan tarixinin qanla yazılan səhifələrindən biri olduğunu söyləyib. Bildirib ki, həmin gün tariximizə təkcə faciə kimi yox, həm də mübarizlik, qəhrəmanlıq nümunəsi kimi daxil olub. Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gəlmək əzmində olduğunu bütün dünyaya göstərdi: “20 Yanvar faciəsi bizi yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə etdi. O ağır və faciəli günlərdə Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini ilk olaraq cəsarətlə bütün dünyaya bəyan edən ümummilli lider Heydər Əliyev oldu. Ulu Öndər baş verən hadisələri hüquqa, demokratiyaya, hüquqi dövlət quruculuğu prinsiplərinə zidd adlandırdı. Yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandıraraq hadisəyə siyasi qiymət verilməsini tələb etdi”.

Tədbirdə digər çıxışçılar qeyd ediblər ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin xalqın iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Şəhidlər milyonlarla insanın çiynində son mənzilə yola salındı. Xalqın birliyi və milli ləyaqət hissi top-tüfəngə qalib gəldi. Bu, 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biridir. Diqqətə çatdırılıb ki, 20 Yanvarın Azərbaycanın tarixində, ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi kimi böyük əhəmiyyəti var. Vətənin azadlığı, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaq.

OTHER NEWS

20-09-2023

Dənizkənarı Bulvar İdarəsinin Yeni Azərbaycan Partiyasına üzv olan əməkdaşları ilə görüş keçirilib

See more
12-12-2022

Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib

See more
04-08-2023

Dənizkənarı Milli Parkda Özbəkistan mədəniyyət günlərinin bağlanış konserti keçirilib

See more