1/

Bu gün, 11 yanvar-Ümundünya Qoruqlar və Milli Parklar Günüdür

11-01-2025

Bu gün, 11 yanvar-Ümundünya Qoruqlar və Milli Parklar Günüdür

     Bu gündə Dənizkənarı Milli Park təbiətə və şəhərimizə verdiyi töhfələri qeyd edir!

    1909-cu ildən əsası qoyulan bu unikal park  Ümummilli lider Heydər Əliyevin 1998-ci il dekabrın 29-da imzaladığı Fərmana əsasən Milli Park statusu alaraq, Bakı şəhərinin ən əhəmiyyətli yaşıl zonalarından birinə çevrilib.

  Bakı Bulvarı yalnız istirahət və əyləncə yeri deyil, eyni zamanda şəhərimizin ekoloji tarazlığına töhfə verən mühüm bir yaşıl ərazidir. Burada müxtəlif ağaclar, bitki örtüyü və Xəzər dənizinin sahil ekosistemi bir araya gələrək, təbiət və şəhərin unikal harmoniyasını nümayiş etdirir.

    Şəhərin mərkəzində yerləşən bu təbii ekosistem ətraf mühitin qorunması və dayanıqlı şəhər inkişafı baxımından əvəzolunmaz məkandır.

OTHER NEWS

03-06-2020

Nature beauty & Man-made creation

See more
14-07-2021

YAP Səbail rayon təşkilatı və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə tədbir keçirildi.

See more
20-08-2021

Extensive disinfection was carried out in the Seaside National Park

See more