Dənizkənarı Bulvar İdarəsinin çağrı mərkəzi yaradılıb
Dənizkənarı Bulvar İdarəsinin çağrı mərkəzi yaradılıb
Bundan sonra vətəndaşlar “8773” qısa nömrəsinə zəng edərək suallarına daha operativ şəkildə cavab ala biləcəklər.
Qeyd edək ki, çağrı mərkəzi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 4.10-cu bəndinə və Nazirlər Kabinetinin “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq yaradılıb.
Əsas məqsəd qanunçuluğun təmin edilməsi, müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, sui-istifadə hallarının qarşısının alınması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş məmnunluğunun təmin edilməsidir.
Gymnastics for all festival was held
Sahil kollektorunun Bakı bulvarına düşən hissəsinin yenilənməsi işlərinin növbəti mərhələsi Milli Xalça Muzeyi yaxınlığında icra olunur
Red Bull Car Park Driftin Azərbaycan üzrə milli finalı keçirilib