1/

Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi keçirilib

25-08-2024

Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi keçirilib

     Avqustun 25-də Dənizkənarı Milli Parkda Azərbaycan Avtomobil Federasiyası (AAF), Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Dreamland Golf Club”un təşkilatçılığı klassik avtomobillərin sərgisi keçirilib.

   Sərgidə klassik avtomobillərin yürüşü üçün qeydiyyatdan keçən, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələri nümayiş olunub. 

  Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər tanınmış şəxslər, səhər sakinləri iştirak edib.
  Yürüşə 1984-cü ilədək istehsal olunan avtomobillər qatılıb. Onların arasındakı ən qədim nəqliyyat vasitəsi 1929-cu ildə istehsal edilən “Mercedes Benz Gazelle” da olub. Bununla yanaşı, yürüşdə müxtəlif illərin bir-birindən unikal retro maşınları tamaşaçılarda nostalji hisslər yaradıb.

OTHER NEWS

09-11-2019

National Flag Day in the national park

See more
19-06-2019

Baku boulevard in the summer issue of Buta Airways magazine

See more
06-09-2021

Participants of the Patriotic War

See more