1/

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə ailə dəyərlərinin qorunması mövzusunda tədbir keçirilib

19-06-2023

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə ailə dəyərlərinin qorunması mövzusunda tədbir keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü  və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə Dənizkənarı Bulvar İdarəsinin əməkdaşlarına ailə dəyərlərinin qorunması mövzusunda maarifləndirici tədbir keçirilib. Dənizkənarı Bulvar İdarəsinin Hüquq, insan resursları və sənədlərlə iş şöbəsinin müdiri Tahirə Qarabəyli belə tədbirlərin keçirilməsinin zərurətindən danışıb. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Məsələləri şöbəsinin müdiri Gülnarə Məmmədova “Ailə. Ailə dəyərləri və ənənələr”, komitənin Hüquqi Təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə isə “Məişət zorakılığı” mövzusunda məruzələrlə çıxış edib.  

“Ailə bir ağacdır”, “Xoşbəxtliyin açarı” adlı ailə dəyərlərindən bəhs edən filmlər nümayiş olunub.

Sonda Dənizkənarı Bulvar İdarəsi tərəfindən komitə əməkdaşlarına hədiyyələr təqdim edilib.

DİGƏR XƏBƏRLƏR

14-03-2024

Bulvar ərazisində velosiped yollarının salınmasına başlanılıb

Daha çox
21-09-2019

Dənizkənarı Milli Parkda “Bir günəş altında” adlı fotosərgi açılıb.

Daha çox
26-02-2020

Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib.

Daha çox