1/

Təhlükəsiz qida uşaqların gözü ilə

01-06-2019

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Mükafatlandırılma mərasimi çərçivəsində müsabiqəyə təqdim edilən 100 ən yaxşı rəsm sərgidə nümayiş etdirilib. 
Mərasimdə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Dənizkənarı Bulvar İdarəsi və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbər vəzifəli şəxsləri iştirak ediblər. Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin qida təhlükəsizliyi sahəsində maarifləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində məktəblilər arasında təşkil edilən maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Məqsəd uşaqların diqqətini qida təhlükəsizliyi mövzusuna çəkmək, onlara bu sahənin vacibliyi ilə bağlı biliklər aşılamaq və məktəbliləri sağlam qidalanmağa təşviq etməkdir. 

“Sağlam məktəbli” maarifləndirmə tədbirləri çərçivəsində reallaşdırılan “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinə paytaxt Bakı və respublikanın müxtəlif bölgələrindən 2000-ə yaxın rəsm daxil olub. Sərgi çərçivəsində müsabiqənin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılıb və onlara sertifikatlar təqdim olunub. 3 nəfər birinci yer, 5 nəfər 2-ci yer, 10 nəfər isə 3-cü yerə layiq görülərək mükafatlandırılıb. Mərasimdə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Dənizkənarı Bulvar İdarəsi və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbər vəzifəli şəxsləri iştirak ediblər. Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin qida təhlükəsizliyi sahəsində maarifləndirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində məktəblilər arasında təşkil edilən maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Məqsəd uşaqların diqqətini qida təhlükəsizliyi mövzusuna çəkmək, onlara bu sahənin vacibliyi ilə bağlı biliklər aşılamaq və məktəbliləri sağlam qidalanmağa təşviq etməkdir. “Sağlam məktəbli” maarifləndirmə tədbirləri çərçivəsində reallaşdırılan “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinə paytaxt Bakı və respublikanın müxtəlif bölgələrindən 2000-ə yaxın rəsm daxil olub. Sərgi çərçivəsində müsabiqənin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılıb və onlara sertifikatlar təqdim olunub. 3 nəfər birinci yer, 5 nəfər 2-ci yer, 10 nəfər isə 3-cü yerə layiq görülərək mükafatlandırılıb.

DİGƏR XƏBƏRLƏR

25-04-2019

Formula-1 azarkeşləri Bakı bulvarında

Daha çox
20-08-2021

Dənizkənarı Milli Parkda genişmiqyaslı dezinfeskiya işləri aparılıb

Daha çox
01-07-2022

Dənizkənarı Milli Parkda ağacəkmə tədbiri keçilirilib

Daha çox