Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarət, reklam yayımına görə haqqın tutulması, reklamın effektivlik dərəcəsinin müəyyən edilməsi, reklam qurğusunun quraşdırılması və sökülməsi sahəsində nəzarəti Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisində Dənizkənarı Bulvar İdarəsi tərəfindən həyata keçirilir.
Açıq məkanda reklam qanunvericiliyinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə səbəb olur.
Reklam yayıcısı icazə alarkən icazənin qüvvədə olduğu müddətdə açıq məkanda reklam yayımına görə ödəməli olduğu 6‒12 aylıq haqqı əvvəlcədən ödədiyi halda ‒ ödənilmiş hissəyə 5 faiz, 12‒36 aylıq haqqı əvvəlcədən ödədiyi halda ‒ ödənilmiş hissəyə 10 faiz güzəşt tətbiq edilir.
Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı