1/

Tez-tez soruşulan suallar

Tez-tez soruşulan suallar

Dənizkənarı Milli Park ərazisində fəaliyyət göstərən hansı gəzinti gəmiləri var?

Dənizkənarı Milli Park ərazisində 450 nəfər yerlik "Mirvari" gəmisi fəaliyyət göstərir.

Gəzinti gəmilərinin qiymətləri neçəyədir?

Qiymətlər 6 yaşadək uşaqlar üçün ödənişsizdir. 6 yaşdan yuxarı hər kəs üçün 5 azn, Premium xidməti 10 azn təşkil edir.

Gəmi gəzintisi zamanı özümüzlə yemək gətirə bilərik və ya gəmi daxilində hər hansı belə bir xidmət təklif edilir?

Bəli, özünüzlə yemək gətirə, gəmi daxilində də xidmət göstərən kafedən yararlana bilərsiniz.

Gəmi üçün biletləri öncədən bron etmək mümkündür?

Xeyr, ödəniş etmək və vaxt seçmək yerində mümkündür.

Gəzinti gəmilərinin işləmə intervalı necədir?

Gəmi hər gün saat 14:00-dan 21:00-dək fəaliyyət göstərir.

Gəmilər bayram günləri fəaliyyət göstərir?

Bəli, gəmi bayram günləri də fəaliyyət göstərəcək. Yalnız əlverişsiz hava şəraiti olduğu təqdirdə gəmi fəaliyyət göstərməyəcək.

Dənizkənarı Milli Park ərazisində fəaliyyət göstərən “Panorama” attraksionunun qiyməti neçəyədir?

 “Panorama” attraksionunun qiyməti  6 yaşadək uşaqlar üçün ödənişsiz, 6-12 yaş aralığında uşaqlar üçün 5 azn, 12 yaşdan yuxarı hər kəs üçün isə 10 azn təşkil edir.

“Panorama” attraksionunun işləmə intervalı necədir?

Əlverişsiz hava şəraiti (küləkli, yağışlı və s.) istisna olmaqla, “Panorama” attraksionu hər gün 12:00-dan 20:00-dək fəaliyyət göstərir.

“Panorama” attraksionu bayram günləri fəaliyyət göstərir?

“Panorama” attraksionu əlverişsiz hava şəraiti (küləkli, yağışlı və s) istisna olmaqla, həftənin hər günü fəaliyyət göstərir.

Dənizkənarı Milli Park ərazisində velosiped və skuterlərin təhlükəli idarə edilməsi zamanı Dənizkənarı Bulvar İdarəsi sürücülərə cərimə tətbiq edə bilərmi?

Xeyr, cərimənin tətbiqi Dənizkənarı Bulvar İdarəsinin səlahiyyətləri xaricindədir.

Dənizkənarı Milli Park ərazisində şəxsi əşya itirmişəm, hara müraciət edə bilərəm?

Əşya itirilməsi ilə bağlı müvafiq ərazi üzrə polis orqanına müraciət etməyiniz tövsiyə edilir.

Dənizkənarı Milli Parkın sahil zolağına yaxın yerləşən yaxtalar Dənizkənarı Bulvar İdarəsinə məxsusdur?

Yaxtaların fəaliyyəti Dənizkənarı Bulvar İdarəsinin səlahiyyətləri xaricindədir.

Dənizkənarı Milli Park ərazisində tədbir keçirmək üçün hara müraciət etmək lazımdır?

Dənizkənarı Milli Park ərazisində tədbir keçirmək üçün nəzərdə tutulmuş tədbirin keçirilməsinə minimum bir həftə qalmış Dənizkənarı Bulvar İdarəsinə poçt vasitəsi ilə məktub göndərilə, yaxud info@bulvar.gov.az elektron poçt ünvanına müraciət ünvanlana bilər.