Bakı Bulvarında voleybola dəstək marafonu
Bakı Bulvarında voleybola dəstək marafonu
Dənizkənarı Milli Parkda Azərbaycan Voleybol Federasiyasının (AVF) təçkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev 100. Voleybola dəstək marafonu” keçirib.
Marafonda gənclər və idman naziri Fərid Qayıbov, federasiyanın prezidenti Şahin Bağırov, nazirliyin və federasiyasının əməkdaşları, idmançılar və şəhər sakinləri iştirak ediblər.
Qaçış Dənizkənarı Bulvarda yerləşən “Dəniz Mall”dan start götürən marafonçular oradan Bayraq meydanına və geriyə olmaqla, ümumilikdə 5 km məsafə qaçıblar. Daha sonra “Dəniz Mall”un qarşısında qurulmuş voleybol meydançalarında milli voleybolçular və şəhər sakinlərinin iştirakı ilə simvolik yarış keçirilib.
Retro avtomobil həvəskarları Dənizkənarı Milli Parkda bir araya gəldilər
April 7th marks the founding day of Baku Boulevard
The first meeting of the Public Council's election commission was held at the Seaside Boulevard Department