1/

İyunun 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakı Bulvarında keçirilən “CandyFest” yay festivalını ziyarət ediblər

26-06-2026

İyunun 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakı Bulvarında keçirilən “CandyFest” yay festivalını ziyarət ediblər

Əvvəlcə qonaqlara festival barədə ətraflı məlumat verilib. Bildirilib ki, iyunun 1-dən başlayan festival iyulun sonunadək davam edəcək. Burada hər yaş qrupundan olan qonaqlar üçün təqdimatlar nəzərdə tutulub. Qeyd olunub ki, festival zamanı hər gün saat 17:00-dan 19:00-dək uşaqlar üçün maraqlı tamaşalar, interaktiv oyunlar və əyləncə proqramları təşkil olunur. Ziyarət zamanı Leyla Əliyeva və Arzu Əliyeva festival çərçivəsində təşkil olunmuş yarmarka ərazisi və müxtəlif köşklərə baş çəkiblər. Qonaqlar köşklərdə təamların dadına baxıb, festival ziyarətçiləri ilə görüşüb, şəkillər çəkdiriblər. Ziyarət zamanı qonaqlara müxtəlif hədiyyələr də təqdim olunub

DİGƏR XƏBƏRLƏR

18-05-2020

BULVARA GİRİŞƏ MƏHDUDİYYƏT ARADAN QALDIRILDI

Daha çox
11-05-2023

Dənizkənarı Milli Parkda Gənclər üçün festival...

Daha çox
20-07-2025

Bulvarda kino axşamı

Daha çox