1/

Bir zamanlar şəhər həyatının ayrılmaz hissəsi olan faytonlar yeni görkəmdə Bakı Bulvarında

30-06-2026

Bir zamanlar şəhər həyatının ayrılmaz hissəsi olan faytonlar yeni görkəmdə Bakı Bulvarında

Dənizkənarı Milli Parkda Bakının tarixi fayton ənənələrini müasir yanaşma ilə yaşadan elektrik mühərrikli retro üslublu faytonlar ziyarətçilərin istifadəsinə verilib.
Klassik fayton görünüşünü müasir elektrik mühərriki ilə birləşdirən bu nəqliyyat vasitələri Bulvar ərazisində xüsusi tarixi marşrut üzrə hərəkət edir.

Marşrut Dənizkənarı Milli Parkın tarixi və simvolik məkanlarını əhatə etdiyindən ziyarətçilər gəzinti zamanı Bulvarın zəngin tarixini və görməli məkanlarını fərqli rakursdan seyr etmək imkanı əldə edirlər. Layihə şəhərin tarixi irsini müasir texnologiyalarla uzlaşdıraraq nostalji ab-havanı müasir rahatlıqla bir araya gətirir.

Layihə çərçivəsində Dənizkənarı Bulvar İdarəsinin ixtisaslaşmış bələdçiləri tərəfindən yerli sakinlərə və xarici turistlərə Bulvarın tarixi, memarlıq irsi və görməli məkanları haqqında ətraflı məlumat təqdim olunur.

Elektrik mühərrikli faytonların istifadəyə verilməsi Dənizkənarı Milli Parkda göstərilən xidmətlərin genişləndirilməsi, eyni zamanda ekoloji cəhətdən dayanıqlı və müasir şəhər mühitinin təşviqi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir

DİGƏR XƏBƏRLƏR

27-09-2025

Dənizkənarı Bulvar İdarəsinin kollektivi şəhidlərin xatirəsini yad edib

Daha çox
21-09-2019

Dənizkənarı Milli Parkda “Bir günəş altında” adlı fotosərgi açılıb.

Daha çox
20-11-2025

Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan Bayrağının Ginnesin Rekordlar Kitabındakı rekordu yenilənib

Daha çox