Sahil kollektorunun Bakı bulvarına düşən hissəsi yenilənir
Sahil kollektorunun Bakı bulvarına düşən hissəsi yenilənir
Bakı şəhərində tullantı sularının təhlükəsiz şəkildə daşınması, mövcud kanalizasiya sisteminin təkmilləşdirilməsi və şəbəkələrin ötürücülük qabiliyyətinin artırılması işləri çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Sahil kollektorunun da yenilənməsi işləri həyata keçirilir.
Layihə çərçivəsində kollektorun Dənizkənarı Milli Park ərazisinə düşən hissəsində bir neçə nöqtədə qazıntı işlərinin aparılması nəzərdə tutulur. Qazıntı işləri bulvar ərazisində ziyarətçilərin hərəkətinə və Milli Parkın fəaliyyətinə maneə törətməyən nöqtələrdə aparılacaq.
Kollektor paytaxtın mərkəzində formalaşan tullantı sularının səmərəli idarə edilməsinə və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.
Brügge şəhərində keçirilən “Milli Həftə” layihəsində ölkəmiz təmsil olunub
Dənizkənarı Milli Parkda dünyaşöhrətli Müslüm Maqomayevin doğum gününə həsr olunan konsert keçirilmişdir
YAP Səbail rayon təşkilatı və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə tədbir keçirildi.