1/

Dənizkənarı Milli Parkda fəaliyyət göstərən atraksionlar təhlükəsizlik tələblərinə tam cavab verir

18-03-2024

Dənizkənarı Milli Parkda fəaliyyət göstərən atraksionlar təhlükəsizlik tələblərinə tam cavab verir

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Novruz bayramı ərəfəsində Dənizkənarı Milli Parkda fəaliyyət göstərən atraksionlara baxış keçirib. Nəzarət-yoxlama tədbirləri zamanı atraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə həmin qurğuların texniki təhlükəsizlik tələblərinə uyğunluğu yoxlanılıb. Nazirlik əməkdaşlarınının apardığı müayinələr zamanı əyləncə qurğularında heç bir qüsur aşkar edilməyib, atraksionların təhlükəsizlik tələblərinə tam cavab verdiyi müəyyən olunub.

Qeyd edək ki, Dənizkənarı Milli Parkda fəaliyyət göstərən atraksionlar, oyun qurğuları mütəmadi olaraq texniki baxışdan keçirilir, həmçinin işçilərin, mühəndis texniklərin bilik səviyyələri yoxlanılır.

DİGƏR XƏBƏRLƏR

01-06-2019

Təhlükəsiz qida uşaqların gözü ilə

Daha çox
26-07-2024

Gənclər və İdman Nazirliyinin 30 illiyi Bakı bulvarında qeyd olundu

Daha çox
05-11-2021

Dənizkənarı Bulvar idarəsinin yanında İctimai Şuranın növbəti iclası keçirilib

Daha çox