1/

Dənizkənarı Milli Parkdakı atraksionların təhlükəsizlik vəziyyəti yoxlanılıb

18-03-2025

Dənizkənarı Milli Parkdakı atraksionların təhlükəsizlik vəziyyəti yoxlanılıb

     Novruz və Ramazan bayramları ərəfəsində Fövqəladə Hallar Nazirliyi (FHN) Dənizkənarı Milli Parkda fəaliyyət göstərən atraksionlara baxış keçirib. Yoxlamalar FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən aparılıb. Atraksionların texniki təhlükəsizlik tələblərinə uyğunluğu qiymətləndirilib və müayinələr zamanı hər hansı bir qüsur aşkar edilməyib. Nəticədə əyləncə qurğularının təhlükəsizlik standartlarına cavab verdiyi müəyyən olunub.

DİGƏR XƏBƏRLƏR

08-04-2026

Bakı bulvarında Caz və Şərab festivalı keçiriləcək

Daha çox
21-06-2021

Dənizkənarı Bulvarın 112-ci ildönümünə həsr olunmuş xeyriyyə-satış sərgisi keçirilib.

Daha çox
20-01-2024

Şəhidlərin xatirəsi anılıb

Daha çox